Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mayk Pompeonun Yaxın Şərq səfəri yarımçıq qaldı

Mayk Pompeonun Yaxın Şərq səfəri yarımçıq qaldı

ABŞ Dövlət Departamentinin yaydığı məlumatda bildirilir ki, dövlət katibi Mayk Pompeo Yaxın Şərq turnesini ailə üzvünün vəfatı ilə əlaqədar təcili başa vurub.

Ərəb ölkələrinə bir həftəlik səfər çərçivəsində Pompeo Katardakı vəziyyəti müzakirə etmək üçün Fars körfəzindəki altı ərəb ölkəsində görüşlər keçirməyi nəzərdə tuturdu. Pompeo sonuncu görüşü Katarla qonşu ölkələr arsındakı münaqişənin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürmüş Küveytdə keçirməyi planlaşdırmışdı.

Dövlət Departamentinin nümayəndəsi Robert Palladino Blomberq agentliyinə bildirmişdir ki, Pompeo Omanın paytaxtı Maskatdan sonra səfəri yarımçıq saxlayaraq dəfn mərasimində iştirak etmək üçün Birləşmiş Ştatlara qayıdacaq. Küveytə səfər bir müddət sonra həyata keçiriləcək.

 

“Xalq qəzeti”

14 2019 15:50 - SİYASƏT
SİYASƏT
11 Aprel 2019 | 16:46
Vyanadan sonrakı çaşqınlıq

Ən son xəbərləri səhifəmizdən də izləyin