Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Liviya Ərəb Ölkələri Liqasının sammitində iştirak etməyəcək

Liviya Ərəb Ölkələri Liqasının sammitində iştirak etməyəcək

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əhməd Ömər əl-Arbd bildirmişdir ki, Liviya yanvarın 18-20-də Beyrutda keçiriləcək Ərəb Ölkələri Liqasının sammitində iştirak etməyəcək.

Bir müddət öncə Benqazi şəhərinin Liviya fəhlələri şurasının rəhbəri Fauziyyə Fərəcani də açıqlama vermişdir ki, Livanın baş naziri Saad Həririnin dəvətinə baxmayaraq, sammitdə iştirak etməyəcək.

Şənbə günü Livanın Ali İslam Şiə Şurasının başçısı Əbdül Amir Kabalan Ərəb liqasının dəvəti ilə bağlı təcili müşavirə keçirərək liviyalıların dəvət olunmasına  etirazını bildirmişdir. Kabalan Liviyada şiə din xadimləri Musa Sədr, Məhəmməd Yaqub və jurnalist Abbas Bədrəddinin oğurlanmasını pisləyərək, Liviya nümayəndələrinin sammitə gələcəyi təqdirdə adamları küçəyə çıxaracağını və aeroportu blokadaya alacağını bəyan etmişdir. 

Qeyd edək ki, Musa Sədr və yoldaşları 1978-ci ildə Liviya lideri Muammer Kddafi tərəfindən Tripoliyə dəvət olunmuşdular və oradan Roma Papası ilə görüşə yola düşməli idilər. Lakin Musa Sədrlə yoldaşları İtaliyaya getməmişlər və o vaxtdan  Livan şiələrinin liderindən xəbər yoxdur. Livan şiələri liderin oğurlanmasında Kaddafi hökumətini günahlandırırlar. Muammer Kaddafinin oğlu Hannibal Kaddafi hazırda Livanda həbsxanadadır.

 

“Xalq qəzeti”

14 2019 15:43 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə