Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BANM İSO standartlarına tam cavab verir

Türk Standartları İnstitutu (TSİ) Bakı Ali Neft Məktəbində (BANM) növbəti dəfə qiymətləndirmə keçirib.

BANM-dan aldığımız məlumatda bildirilir ki, TSİ-nin Azərbaycan nümayəndəliyinin təmsilçisi Gülhan Yüzereroğlu və onun rəhbərlik etdiyi nümayəndə heyəti BANM-da  qiymətləndirmə apararaq, ali məktəbin müxtəlif şöbələri və kafedralarında olub, iş fəaliyətini analiz ediblər.

Qiymətləndirmənin yekunu olaraq ali məktəbin malik olduğu İSO standartlarını təhsildə layiqincə yerinə yetirdiyi  təsdiq edilmiş və bu standartların tətbiqinin davam etdirilməsi tövsiyyə edilmişdir.

Qeyd edək ki, BANM Azərbaycanda ISO 9001 “Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi”, ISO 10002 "Müştəri məmnuniyyəti - şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər"  standartlarına sahib olan və həmin standartları uğurla tətbiq edən yeganə ali təhsil müəssisədir.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

14 2019 12:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə