Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəm-zəm suyu ilə bağlı maraqlı faktlar

Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə,  zəm-zəm  suyu  dünyanın ən sağlam və faydalı sularındandır. Zəm-zəm suyunun sirri hələ də müəmmalı olaraq qalır.

Bu gün texnologiyaların son dərəcə inkişaf etdiyi bir vaxtda belə zəm-zəm suyunun mənbəyi tapılmır.

"Zəm-zəm" sözü ərəbcə "dayan2 mənasını verən "zome" sözündən yaranmışdır. Əsrlər boyu haqqında danışılan, ölümsüzlüyün sirri hesab olunan zəm-zəm suyu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən araşdırılıb. Mənbəyi hələ də tapılmayan su dənizdən 80 kilometr uzaqlıqda yerləşir. Ətrafında heç bir başqa su quyusu yoxdur. Alimləri dəhşətə gətirən faktlardan biri budur ki, həcc mövsümundə milyonlarla zəvvarın su içdiyi quyu əsrlərdi qətiyyən qurumur. Bu quyuya suyun necə gəldiyi isə tam bir müəmmadır.

Başqa quyulardan fərqli olaraq, onun divarlarında mamır və başqa bitkilər bitmir. Quyunun dərinliyi 30 m, diametri 1,08 metrlə 2,66 metr arasında dəyişir. İllər ərzində suyun səviyyəsində heç bir azalma müşahidə olunmur. İçilən suyun bir anda aclıq hissini aradan qaldırması elm adamları tərəfindən izah oluna bilmir. Suyun qəribə tamı olduğunu iddia edən alimlər bu qəribə dadın hardan qaynaqlandığını tapa bilmirlər.

Avropa laboratoriyalarında aparılan araşdırmalarda, zəm-zəm suyunun tərkibində çox az miqdarda kükürd ehtiva etdiyi müəyyən olunub.

Amerikada aparılan araşdırmalarda isə zəm-zəm suyunun tərkibində mikroorqanizm və bakteriya olmayan yeganə su olduğu təsdiqlənib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 2019 11:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə