Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Oxu!” sənədli filminin təqdimatı keçirilib

“Oxu!” sənədli filminin təqdimatı keçirilib

Yanvarın 11-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin inzibati binasında xurafatla mübarizəyə həsr olunan "Oxu!" adlı sənədli filmin təqdimatı olub.  Komitədən bildirilib ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə "Sağlam Gəncliyə Doğru" İctimai Birliyi tərəfindən hazırlanan "Oxu!" sənədli filminin rejissoru və ssenari müəllifi Orxan Fikrətoğludur.

Filmin nümayişindən sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib ki, bu gün bir sıra ölkələrdə dinlərarası, məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızın tarixi ənənələri müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasına imkan verir. Azərbaycanın dünya üçün tolerantlıq nümunəsi olduğunu qeyd edən Komitə sədri qeyd edib ki, bu gün dünya dövlətləri ölkəmizin multikulturalizm və tolerantlıq modelinə böyük maraq göstərir. Dövlətimiz bütün dini konfessiyalar üçün bərabər münasibət mühiti yaradır.

Dünyada dini zəmində, eləcə də məzhəblərarası ədavətin qızışdırılması yolu ilə münaqişə ocaqlarının yaradıldığını deyən M.Qurbanlı bildirib ki, Prezident İlham Əliyev Azərbaycanda 2016-cı ili "Multikulturalizm İli", 2017-ci ili isə "İslam Həmrəyliyi İli" elan etməsi ilə bütün dünyaya birlik və həmrəylik mesajı verdi.

Dini radikalizm və xurafat kimi təhdidlərin mövcud olduğunu bildirən Mübariz Qurbanlı qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini mühitdə cərəyan edən bu kimi mənfi tendensiyaların qarşısının alınması, eləcə də dini radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə silsilə maarifləndirici tədbirlər həyata keçirilir. O, Dövlət Komitəsinin sifarişi əsasında ötən illər ərzində dini radikal, ekstremist qrupların törətdiyi fəsadları və təhlükələri ictimaiyyətə daha geniş şəkildə çatdırmaq üçün "Fitnə", "Şəhadət", "Vəhdət qanımızdadır", "Üfüqdəki gələcək" adlı sənədli filmlərin çəkildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, "Oxu!" filmi isə xurafatla mübarizəyə həsr olunub, məhz gəncləri xurafat kimi bəladan uzaq tutmaq üçün hazırlanıb. Sənədli filmdə cəhalətin, elmsizliyin yol açdığı mənəvi boşluqlar və bunun nəticəsində xurafat hallarının artmasının yaratdığı təhlükələrdən söhbət açılır.

Sonra filmlə bağlı gənclərin sualları cavablandırılıb və müzakirələr aparılıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 2019 11:52 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Sentyabr 2019 | 11:27
Azərbaycan kinosu günləri
19 Sentyabr 2019 | 15:36
Muzeyin 25 illiyi qeyd olunub

Köhnə versiyamızdan xəbərləri izlə