Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Adətən ölkə xaricində aparılan bu əməliyyat “EGE Hospital”da gerçəkləşdi

Adətən ölkə xaricində aparılan bu əməliyyat “EGE Hospital”da gerçəkləşdi

"EGE Hospital"da dekabr ayının 20-i daha bir uğurlu əməliyyat baş tutub. Belə ki, 58 mm abdominal aorta anevrizması (aortanın daimi patoloji genişlənməsi - balonlaşma) olan xəstəyə Endovaskular Abdominal Aorta Anevrizması təmiri (EVAR) həyata keçirilib.

İnsan həyatı üçün olduqca təhlükəli hesab edilən, 55 mm-dən böyük olan abdominal aorta anevrizmaların cərrahi müalicəsi  çətin və risklidir.

Lakin bu çətinliyi gözə alan məşhur invaziv kardioloqlarımız və texnikləri - dosent dr. Uygar Çağdaş Yüksel,  texnik Kənan Şixiyev, uzman dr. Aysel İslamlı, texnik Xəqani Rzayev, dr. Abdullatif İlbey, texnik Sərxan Sadıqov əməliyyatı böyük məsuliyyət və peşəkarlıqla həyata keçiriblər.

Hazırkı tibbi statistikaya istinadən bu tip xəstələr cərrahiyyəsiz endovaskular (qapalı) üsulla müalicə olunur.

“EGE Hospital”da  da eyni diaqnozlu xəstələrin müalicəsində bu üsul uğurla tətbiq edilir.

14 2019 11:17 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə