Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 3    Bakı şəhəri, 10 yanvar 2019-cu il
 
“Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 dekabr tarixli 193 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 dekabr tarixli 193 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1242; 2012, № 3, maddə 260; 2013, № 3, maddə 346; 2016, № 1, maddə 181) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. “I. Büdcədən maliyyələşdirilən qurumlar”  bölməsinə aşağıdakı məzmunda 21-32-ci hissələr əlavə edilsin: 
“21. “Suraxanı Gənclər evi” sosial xidmət müəssisəsi; 
22. “Xəzər Gənclər evi” sosial xidmət müəssisəsi;
23. “Sabunçu Gənclər evi” sosial xidmət müəssisəsi; 
24. “Qaradağ Gənclər evi” sosial xidmət müəssisəsi;
25. “Binəqədi Gənclər evi” sosial xidmət müəssisəsi; 
26. “Tovuz Gənclər evi” sosial xidmət müəssisəsi; 
27. “Gəncə Gənclər evi” sosial xidmət müəssisəsi; 
28. “Şirvan Gənclər evi” sosial xidmət müəssisəsi; 
29. “Sumqayıt Gənclər evi” sosial xidmət müəssisəsi; 
30. “Mingəçevir Gənclər evi” sosial xidmət müəssisəsi;
31. “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsi;
32.  “Balakən Gənclər evi” sosial xidmət müəssisəsi.”.
2. “ll. Təsərrüfathesablı  qurumlar” bölməsi üzrə:
2.1. 8-ci hissəyə “təlim-məşq mərkəzi” sözlərindən sonra “MMC” abreviaturası əlavə edilsin;
2.2. 50-ci hissənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 51-58-ci hissələr əlavə edilsin:
“51. “Qazax Olimpiya İdman Kompleksi” MMC;
52. “Zaqatala Olimpiya İdman Kompleksi” MMC;
53. “Şəki Olimpiya İdman Kompleksi” MMC;
54. “Qusar Olimpiya İdman Kompleksi” MMC;
55. “Abşeron Olimpiya İdman Kompleksi” MMC;
56. “Ağcabədi Olimpiya İdman Kompleksi” MMC;
57. “Buzovna İdman Zalı” MMC;
58. “Bakı İdman Sarayı” MMC.”.
 
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin