Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Dumasının sədri: AŞPA-da bütöv bir ölkəni və onun vətəndaşlarını təmsil edən milli nümayəndə heyətini nə üçün cəzalandırırlar?

Dövlət Dumasının sədri: AŞPA-da bütöv bir ölkəni və onun vətəndaşlarını təmsil edən milli nümayəndə heyətini nə üçün cəzalandırırlar?

“Avropa Şurası Parlament Assambleyasında (AŞPA) yaranmış vəziyyəti tənqid edən təkcə Rusiya deyil. Onu Türkiyə də, Azərbaycan da tənqid edir. Biz bu məsələni həmkarlarımızla müzakirə edəndə eşidirik və görürük ki, ­onlar da heyrətlənirlər: nə üçün belə olur? AŞPA-da bütöv bir ölkəni və onun vətəndaşlarını təmsil edən milli nümayəndə heyətini nə üçün cəzalandırırlar?”
RF Dövlət Dumasının sədri Vyaçeslav Volodin “İnterfaks” agentliyinə müsahibəsində Rusiyanın AŞPA-ya qayıtması məsələsini şərh edərkən belə deyib. 
Xatırladaq ki, Avropa Şurası PA-nın baş katibi Voytsex Savitski RF Dövlət Dumasına məktubla müraciət edərək assambleyanın yanvarın 21-də Strasburqda işə başlayacaq qış sessiyasına RF-dən nümayəndə heyəti göndərilməsini təklif edir. 
Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy və Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçev yanvarın 14-də Cenevrədə AŞPA-nın rəhbəri Lilian Mori Paskye ilə bu barədə məsləhətləşmələr aparacaqlar. 
V.Volodin qeyd edib ki, Rusiyada ­AŞPA-ya böyük əhəmiyyət verilir. Dövlət Dumasının spikeri vurğulayıb: “Başqa ölkələrdə bu ­quruma o dərəcədə əhəmiyyət vermirlər. Ona görə ki, Avropa Şurasının üzvlərinin əksəriyyəti, eyni zamanda, Avropa İttifaqında və Avropa Parlamentində də iştirak edirlər, Avropa Parlamentinə deputatlar seçirlər. Buna görə də onların nəzərində Avropa Parlamenti birinci, AŞPA isə ikinci dərəcəlidir. Bu səbəbdən ona belə münasibət yaranıb. Bunu da başa düşmək lazımdır”. 
RF Parlamenti sədrinin sözlərinə görə, ­Rusiya AŞPA-nın mövqeyini ­aydınlaşdırandan sonra bu beynəlxalq təşkilatla gələcək əməkdaşlıq barədə qərar qəbul edəcək. 

 

Fəridə Abdullayeva,
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

12 2019 22:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2019 | 23:37
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin