Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Anadolu” agentliyi: 2018-ci il Azərbaycan üçün uğurlu olub

“Anadolu” agentliyi: 2018-ci il Azərbaycan üçün uğurlu olub

Türkiyənin nüfuzlu “Anadolu” agentliyi Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası barədə məlumat yayımlayıb. 
Məlumatda qeyd olunur ki, Azərbaycan son illər Prezident İlham Əliyevin müdrik liderliyi ilə bütün sahələrdə davamlı uğurlar əldə edir. Dövlət başçısı iclasda vurğulayıb ki, Azərbaycan 2018-ci ildə xarici siyasət sahəsində bir sıra nəzərəçarpan uğurlar qazanıb. Belə ki, rəsmi Bakı ilə sıx əməkdaşlıq etmək istəyən ölkələrin sayı artıb. Azərbaycan hazırda işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə qarşılıqı inam və etimada əsalanan siyasi, iqtisadi və mədəni əlaqələr qurub. 
Agentliyin müxbiri qeyd edir ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən bir daha vurğulayıb ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğal faktı ilə barışa bilməz.
Dövlət başçısı ötənilki uğurlar barədə söz açarkən deyib ki, 2018-ci ildə Azərbaycanın üçüncü peyki kosmosa buraxılıb, Transanadolu (TANAP) layihəsi istifadəyə verilib. Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının açılışı olub və.s.
Dövlət başçısının sözlərinə görə, ötən il ölkədə qeyri-neft sektoru 1,8 faiz, sənaye istehsalı 1,5 faiz yüksəlib. Kənd təsərrüfatında isə artım 4,6 faiz təşkil edib. Agentlik belə bir faktı da diqqətə çatdırır ki, hazırda Azərbaycanın valyuta ehtiyatları 45 milyard ABŞ dolları təşkil edir.

 

Hazırladı: 
M.HACIXANLI,
“Xalq qəzeti”

12 2019 22:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2019 | 23:37
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin