Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yalan ayaq tutar, amma yeriməz!

Yalan ayaq tutar, amma yeriməz!

Azərbaycan müxalifətinin cəmiyyət arasında öz nüfuzunu itirdiyi bəllidir. Bu da təsadüfi deyil. Çünki ölkə iqtidarının ardıcıl həyata keçirdiyi islahatlar elə bir sosial-iqtisadi inkişafa gətirib çıxarmışdır ki, müxalifət hələ 100 il bundan sonra da bu iqtisadi tempi təmin edə bilməyəcək. Ona görə də gücü yalnız hakimiyyətə qara yaxmağa, böhtan kampaniyası aparmağa, mütəmadi olaraq çirkin vasitələrdən istifadə etməyə çatır. 
Artıq bu məqsədlərini həyata keçirmək üçün yeni bir çirkin kampaniyaya başlayıblar – Mehman Hüseynovla bağlı. Guya Mehman Hüseynov aclıq elan edib, ona qarşı ədalətsiz davranılır. Amma bu da növbəti yalandan, böhtandan başqa bir şey deyil. Çünki Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin yaydığı məlumatda bildirilir ki, Mehman Hüseynov heç bir aclıq aksiyası keçirmir və üstəlik, səhhəti də normaldır. O, cəza çəkdiyi həbsxanada normal qidalanır, lazım gəldikcə vəkili ilə görüşür, mütəmadi olaraq ailə üzvləri ilə telefonla danışır və s. 
Bundan əlavə, radikallar Mehman Hüseynovu jurnalist kimi qələmə verməyə çalışırlar. Ancaq məlumdur ki, o, faktiki olaraq jurnalist deyil, onu mediaya bağlayan yeganə səbəb qardaşı Emin Hüseynovun Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu adlı qurum yaratmasıdır. Hazırda qardaşı gizli yolla Azərbaycanı tərk edərək başqa ölkəyə qaçıb. İndi də Mehmanın mühacir kimi xaricə çıxışını təmin etmək istəyirlər. Məhz bu məqsədilə onun guya “bloger” olması və hakimiyyəti tənqid etdiyinə görə təzyiqlərlə üzləşməsi barədə rəy formalaşdırmağa cəhd göstərilir.
Bütün bunları Azərbaycan ictimaiyyəti yaxşı başa düşür. Ona görə də inanırıq ki, Mehman Hüseynovla bağlı yalan ayaq tutsa da, yeriyə bilməyəcək. 

 

Ələşrəf  NİFTİYEV,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

 

12 2019 22:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2019 | 23:37
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin