Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik: 2019-cu ilin “Nəsimi ili” elan edilməsi nəsimişünaslığın inkişafına böyük təkan verəcək

Akademik: 2019-cu ilin “Nəsimi ili” elan edilməsi nəsimişünaslığın inkişafına böyük təkan verəcək

Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsi çox əlamətdar və təqdirəlayiq hadisədir.
Bunu Trendə Milli Məclisin deputatı, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsinə münasibət bildirərkən deyib.
Deputat əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsi çox əlamətdar və təqdirəlayiq hadisədir. İlk növbədə ona görə ki, bu il bütün mütərəqqi bəşəriyyət tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Seyid İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd ediləcək və UNESCO çərçivəsində də bu il “Nəsimi ili” elan edilir: “Bizim üçün 2019-cu ilin “Nəsimi ili” elan edilməsi xüsusi əhəmiyyət kəsb edir. Nəsimi – böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış şairimizdir. Onun yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətləri, bütövlükdə poetikası şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir cərgəyə qoyur. Şairin azad ruhu, cəsarəti, həqiqətpərəstliyi, qorxmazlığı, orta əsrlər qaragüruhunun bütün sahələrdə tüğyan etdiyi bir dövrdə nadanlığa, cəhalətə qarşı “ənəlhəqq” deyən insanın möhtəşəm üsyanı idi. Nəsimi yaradıcılığı istibdada, sosial ədalətsizliyə qarşı, qəddarlığa, hər növ zülmə qarşı böyük etiraz idi. Onun şeirləri insan əqlini və gözəlliyini vəsf edərək, şəxsiyyəti hər növ qadağalardan azad edərək, fanatizm və mövhumata qarşı yönəlmişdi. Bir sözlə, Nəsimi yaradıcılığının əsas ideyası – azad ruhlu, hər növ məhrumiyyətlərə qalib gələ bilən, ədalətsizliklə barışmayan yeni insanın yetişməsinə xidmət edir ki, bu da müasirliyimizlə kifayət qədər möhkəm uzlaşır. 
Düşünürəm ki, möhtərəm Prezidentimizin 2019-cu ili “Nəsimi ili” elan etməsi ölkəmizdə nəsimişünaslığın inkişafına böyük təkan verəcək, yeni-yeni kitab, monoqrafiya və sənət əsərlərinin yaranmasını stimullaşdıracaq”.
Akademik qeyd edib ki, Nəsimi yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı ilə müdafiə etməsi, nahaqqa qarşı son damla qanınacan vuruşması böyük, möhtəşəm örnək olaraq bütün xalqımıza, ilk növbədə, gənc nəslimizə öz müsbət təsirini göstərəcək: “Bu qərar ölkəmizdə yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürüdür. Bütün bunlara görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”.

12 2019 22:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə