Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DSX: Düşmən Qazax rayonunun Kəmərli kəndi ərazisində mühəndis işləri aparan ekskavatoru atəşə tutub

DSX: Düşmən Qazax rayonunun Kəmərli kəndi ərazisində mühəndis işləri aparan ekskavatoru atəşə tutub

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam edir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildiriblər ki, yanvarın 12-də saat 11:20 və 11:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin arxasında mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskavator atəşə tutulub. Ekskavatora doğru 7,62 millimetr çaplı “PK” pulemyotundan və 12,7 mm çaplı “DŞK” pulemyotundan açılan atəş nəticəsində 6 güllə ekskavatorun çalovuna və başqa hissələrinə dəyib, kabinənin şüşəsi sındırılıb. 
Hadisə nəticəsində xəsarət alan ­olmayıb.
Xatırladaq ki, Ermənistan ­silahlı qüvvələri yanvarın 6-da da həmin istiqamətdə dövlət sərhəd xəttindən 450 metr məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskavatora atəş açmışdı. 

 

“Xalq qəzeti”

12 2019 22:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 May 2019 | 22:27
ABŞ-da dağıdıcı tornado

Köhnə versiyamızdan xəbərləri izlə