Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ah, bu uzun sevda yolu”

“Ah, bu uzun sevda yolu”

Azərbaycan Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə adına səhnəsində görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş “Ah, bu uzun sevda yolu” tamaşası təqdim ediləcək.
Yanvarın 19-da göstəriləcək tamaşa dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanmış ikihissəli dramdır.
Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərində rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edəcəklər.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

12 2019 22:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə