Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaşayış məhəllələri yeniləşir və gözəlləşir

Yaşayış məhəllələri yeniləşir və gözəlləşir

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi yekunları və yeni ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində irəli sürülmüş tələblər paytaxtın Nəsimi rayonu 1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində keçirilən toplantıda geniş müzakirə edilmişdir.
Yığıncaqda inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Eldəniz Cabbarov ötən il ərazidə aparılmış genişmiqyaslı quruculuq işləri, nəzərdə tutulmuş önəmli tədbirlərin həyata keçirilməsinin gedişi barədə ətraflı məlumat verərək bildirmişdir ki, bir sıra küçə və məhəllələrdə çoxsaylı yüksəkmərtəbəli binaların fasadları, dəhlizləri, damları, zirzəmiləri əsaslı təmir olunmuşdur. “Abad həyət” və “Bizim həyət” layihələri çərçivəsində nümunəvi məhəllələr yaradılmış, geniş yaşıllıq zolaqları salınmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün bir sıra parklarda və binaların həyətlərində yeni oturacaqlar, söhbətgahlar qoyulmuş, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılmışdır. 
Mir Cəlal, Hüseyn Seyidzadə, Asif Məhərrəmov, M.Kazımovski, Rəşid Məmmədov küçələri boyunca aparılmış təmir-bərpa, abadlıq və yaşıllaşdırma tədbirləri, kommunikasiyaların yeniləşdirilməsi paytaxtın iri yaşayış massivlərindən olan mikrorayonların simasını əsaslı surətdə gözəlləşdirmiş, sakinlərn rahatlığını təmin etmişdir. Xidmət təşkilatları ərazinin fasiləsiz su, elektrik enerjisi, qaz, istilik təchizatını nəzarətdə saxlamış, zəruri və operativ tədbirləri vaxtında yerinə yetirmişdir.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirmişdir ki, ­Prezident İlham Əliyevin həyata keçirdiyi yeni inkişaf konsepsiyasında ölkə paytaxtının və regionların sosial-iqtisadi inkişafı, şəhər və rayonların abadlaşdırılması, yeni infrastruktur layihələrinin davamlı olaraq icra edilməsi əsas istiqamətlər kimi qarşıya qoyulmuşdur. Bakı şəhərində müasir infrastrukturun yaradılması sahəsində aparılan çoxşaxəli işlərin, əhalinin mədəni-mənəvi həyat səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün paytaxtımız dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir. 
Natiq ötən il Nəsimi rayonunda görülən işlər və həyata keçirilmiş sosialyönümlü tədbirlər barədə də ətrtaflı məlumat vermiş, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ərazidə gerçəkləşdirilən “Bizim həyət” layihəsinin önəmini vurğulamışdır. Asif Əsgərov bildirmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən, rayon ərazisində aparılan abadlıq-quruculuq işləri bu il də uğurla davam etdiriləcək, qarşıya qoyulan yeni vəzifələrin vaxtında yerinə yetirilməsi təmin ediləcəkdir.
Sakinlər adından çıxış edənlər ərazidə görülən işlərə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmiş, arzu və təkliflərini söyləmişlər. Sonda sakinlərin sualları cavablandırılmışdır. 

 

R.TAHİR, “Xalq qəzeti”

12 2019 22:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə