Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI GƏNCLƏR və İDMAN NAZİRLİYİ tədbirlərin keçirilməsinin satınalınması üçün AÇIQ TENDER ELAN EDİR

AZƏRBAYCAN RESPUBLİKASI GƏNCLƏR və İDMAN NAZİRLİYİ tədbirlərin keçirilməsinin satınalınması üçün AÇIQ TENDER ELAN EDİR

Tender 6 lot üzrə keçirilir.
Lot-1. Respublikanın rayon və şəhərlərində, ali məktəblərdə insan alverinə qarşı mübarizə üzrə “Günahsız günahkarlar”, sağlam həyat tərzinin təbliği məqsədilə “Həyatla oyun” tamaşalarının nümayişinin satınalınması.
Lot-2. Sosial müdafiəyə ehtiyacı olan gənclər üçün Novruz şənliyinin keçirilməsi tədbirlərinin satınalınması.
Lot-3. Rayon və şəhərlərdə “Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək!” devizi altında mədəni-kütləvi tədbirin keçirilməsinin satınalınması.
Lot-4. Gənclərin Fiziki aktivlik Festivalının keçirilməsinin satınalınması.
Lot-5. Sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclərin məşğulluq imkanlarının artırılması məqsədilə tədbirlərin keçirilməsinin satınalınması.
Lot-6. “Mənim ixtisasım” mövzusunda informativ videoçarxların hazırlanmasının satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
– aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 4652155 nömrəli telefona (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs - Qurbanzadə Fərid Vidadi oğlu). İddiaçılar hər lot üçün 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektoru) ala bilərlər.
Bank – Dövlət Xəzinədarlığı Agentliyi
Kod – 210005
M/h – AZ41NABZ 01360100000000003944
VÖEN – 1401555071
SWIFT – CTREAZ22
Alan müştəri – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
H/h – AZ50CTRE00000000000002147771
VÖEN – 1500171121 
Büdcə səviyyəsinin kodu – 7
Təsnifat kodu – 142340 
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar prosedurda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə arayış; 
- iddiaçının son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- təklif (zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- təklifin təminatı (zərflərin açıldığı gündən sonra azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) yerinə yetirdiyi analoji işlər haqqında məlumat
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.
İddiaçılar tender prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən ixtisas sənədlərini 14 fevral 2019-cu il saat ­18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin 1 faizi məbləğində bank təminatını 22 fevral 2019-cu il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri iddiaçıların iştirakı ilə 25 fevral 2019-cu il saat 10.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır. 

 

Tender komissiyası

12 2019 22:30 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
15 İyun 2019 | 03:45
KAPİTAL BANK
15 İyun 2019 | 03:44
B İ L D İ R İ Ş
15 İyun 2019 | 03:44
B İ L D İ R İ Ş
15 İyun 2019 | 03:40
B İ L D İ R İ Ş
15 İyun 2019 | 03:39
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə