Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkənin adının dəyişdirilməsinə qarşı etirazlar artır

Ölkənin adının dəyişdirilməsinə qarşı etirazlar artır

Vahid Makedoniya Partiyasının lideri Yanko Baçev Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı qanuna qarşı BMT-də mübarizə aparacaqlarını açıqlayıb. Bu barədə TASS məlumat yayıb.
Müxalifət lideri jurnalistlərə verdiyi açıqlamada deyib: “Bizim partiyamızın da üzvü olduğu “Makedoniya blokları” hərəkatı BMT-də beynəlxalq səviyyədə öz mübarizəsini davam etdirəcək”.
Onun sözlərinə görə, belə bir qərarın qəbul edilməsilə hakimiyyət makedon xalqının iradəsinin əksinə hərəkət edib.
Qeyd edək ki, Makedoniya parlamenti böyük səs çoxluğu ilə ölkənin adının Şimali Makedoniya Respublikası olaraq dəyişdirilməsini təsdiqləyib.

 

Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

12 2019 22:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 May 2019 | 22:27
ABŞ-da dağıdıcı tornado

Köhnə versiyamızdan xəbərləri izlə