Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Sarı jiletlilər” hərəkatının növbəti aksiyası

 “Sarı jiletlilər” hərəkatının növbəti aksiyası

“Le Monde” nəşrinin yaydığı məlumata görə, Fransada “sarı jiletlilər” hərəkatının tərəfdarları növbəti dəfə küçələrə axışmağa başlayıblar. Bildirilir ki, aksiyaçılar əsasən ölkənin Burj şəhərində, eləcə də digər şəhərlərdə toplaşıblar. Burj şəhər polisi nümayişi qadağan etsə də, dünən səhər saatlarından artıq əvvəlki həftələrdən də çox aksiyaçının toplaşdığı bildirilir.
Parisdə etiraz aksiyaçıları Maliyyə və İqtisadiyyat Nazirliyinin yerləşdiyi Bersi məhəlləsində yığışıblar. Aksiyaçıların şəhərin küçələrindən keçərək mərkəzi Yelisey prospektinə gəlməsi planlaşdırılıb.
İctimai asayişin qorunması məqsədilə ölkə üzrə 80 min polis və jandarm səfərbər olunub ki, onlardan 5 mini Parisdədir.
Hökumətin aksiya zamanı qəti və sərt tədbirlər görməklə bağlı məlumatları “sarı jiletlilər”in küçələrə çıxmasının qarşısını ala bilməyib.
Bildirilir ki, hökumət ölkəni bürümüş etiraz aksiyası ilə bağlı milli debatların gələn çərşənbə günü başlayacağını bildirsə də, onun gözlənilən nəticələr verəcəyinə inam yoxdur. Eləcə də, aidiyyəti rəsmi şəxslərə milli müzakirələri aparmaq təklif olunsa da, onlar bundan imtina ediblər.

 

Mahmud QƏRİBOV, 
“Xalq qəzeti”

12 2019 22:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Avqust 2019 | 17:46
ABŞ-da təyyarə qəzası

Köhnə versiyamızdan xəbərləri izlə