Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çində naməlum virus aşkarlanıb

Çində naməlum virus aşkarlanıb

Çin və Sinqapur alimləri “Nature Microbiology” jurnalında Cənubi Çində yarasalarda aşkarlanan bu vaxtadək elmə məlum olmayan filoviruslar növünün tədqiqinin nəticələrini dərc ediblər.
Alimlər bildiriblər ki, yeni tədqiq edilən virus qızdırma əmələ gətirən ölümcül yoluxucu xəstəliklər Ebola və Marburq viruslarına çox bənzəyir. İnsanlar üçün hələ təhlükəli olmasa da, alimlər növlərarası ötürməni istisna etmirlər.
Filoviruslar ailəsi Cuevavirus, Ebolavirus və Marburgvirus kimi üç növdən ibarətdir. Bu növlər Dünya Səhiyyə Təşkilatının təsnifatına görə, dördüncü risk qrupuna – insanlar üçün ölümcül təhlükəli patogenlərə aid edilir.
Yarasaların, əsasən meyvə ilə qidalananları təhlükəli virusların əsas daşıyıcıları olsalar da, özləri bu virusa yoluxmurlar. İnsanların təması və yoluxması, bir qayda olaraq, yarasaların məskunlaşdıqları mağaralara və şaxtalara girdikdə baş verir.
Yeni virus Çinin cənubunda Yunnan əyalətinin Menqla dairəsində aşkarlanıb. Virusun adı da buradan götürülüb. Tədqiqatın gedişində məlum olub ki, o, genetik cəhətdən artıq tanınmış filoviruslara təxminən 30-50 faiz uyğunlaşır. 

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

12 2019 22:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2019 | 13:38
Uğurlu əməliyyat icra edilib

Ən son xəbərləri səhifəmizdən də izləyin