Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədəbiyyat Muzeyinin İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsi illik hesabat verib

Ədəbiyyat Muzeyinin İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsi illik hesabat verib

Azərbaycan Milli Elmlər Akademiyasının institut və təşkilatlarının ictimaiyyətlə əlaqələr şöbələrinin 2018-ci il üçün hesabat iclası keçirilib.

İclasda AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 

İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsinin 2018-ci il üzrə hesabatı da təqdim olunub. Hesabata dair çıxış edən İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu şöbənin ötən il uğurlu fəaliyyət göstərdiyini deyib. O, öncə 2018-ci il üçün www.nizamimuseum.az saytının “Xəbərlər” bölməsi üzrə yerləşdirilən materialların statistikasını diqqətə çatdırıb. Bildirilib ki, ötən il üzrə nizamimuseum.az-da ümumilikdə 259 xəbər yerləşdirilib. Həmçinin sayta ölkələr üzrə baxış və muzeyin fəaliyyətinin mediada işıqlandırılmasına dair statistika da diqqətə çatdırılıb.

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətinin rəhbəri Nərgiz Qəhrəmanovadan aldığlmlz məlumata görə, Məruzəçi Ədəbiyyat Muzeyində “Azərbaycan Xalq Cümhuriyyəti - 100”, “İstiqlal dövrü Azərbaycan-Ermənistan münasibətlərində milli ziyalıların rolu”, “Şanlı və kədərli yüz illər”, “Həmişə bizimlə qalan qurucu” və digər mövzularda toplantıların keçirildiyini, görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin xatirə gecəsinin təşkil oldunduğunu qeyd edərək, bu kimi tədbirlərin saytda, eləcə də bütövlükdə ölkə mediasında operativ şəkildə işıqlandırıldığını bildirib.

N.Yigitoğlu saytda muzeyin Filologiya problemləri üzrə elmi şurası və Qadınlar şurasının fəaliyyəti ilə bağlı mütəmadi olaraq xəbərlərin yerləşdirildiyini də qeyd edib.

O, 2018-ci ildə muzeyin direktoru, akademik Rafael Hüseynova Azərbaycan Milli Ordusunun yaranması və Azərbaycan polisinin 100 illiyi münasibətilə təsis olunmuş yubiley medalının təqdim olunduğunu nəzərə çatdıraraq, bu qəbildən olan mühüm hadisələrin saytda öz əksini tapdığını deyib.

Muzeyin İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsinin hesabatı qənaətbəxş hesab edilib, sual və təkliflər səsləndirilib.

 

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

12 2019 15:50 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə