Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Slovakiyanın ATƏT-ə sədrliyi müddətində münaqişələrin qarşısının alınmasına diqqət ayırması niyyətini alqışlayır

Azərbaycan Slovakiyanın ATƏT-ə sədrliyi müddətində münaqişələrin qarşısının alınmasına diqqət ayırması niyyətini alqışlayır

Azərbaycan Slovakiyanın ATƏT-ə sədrliyi müddətində münaqişələrin qarşısının alınmasına diqqət ayırması niyyətini alqışlayır. Bu barədə Azərbaycanın ATƏT-də Daimi nümayəndəliyinin bəyanatında deyilir.

Bəyanatda deyilir: “ATƏT regionunda mövcud münaqişələr sülh və təhlükəsizlik üçün böyük təhdiddir. Bu münaqişələr nəticəsində yaranan problemlərin həlli üzv dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin möhkəmliyi əsasında ardıcıl səylər tələb edir”.

Sənəddə daha sonra deyilir ki, çoxtərəfli təhdid və çətinliklər fonunda səmərəli çoxtərəfli əməkdaşlığa yardım ümumi öhdəliyə çevrilməlidir və Azərbaycan bu məsələnin prioritetlərin arasına daxil olmasını alqışlayır.

Bəyanatda Slovakiyanın tolerantlığı möhkəmləndirmək, radikallaşmanın və zorakı ekstremizmin qarşısını almaq üçün ATƏT-in imkanlarından istifadə etmək niyyətlərinə dəstək ifadə olunub.

 

“Xalq qəzeti”

12 2019 15:36 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin