Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya Federasiyasının İstintaq Komitəsi jurnalistlərin ölümündə Xodorkovski Mərkəzini günahlandırır

Rusiya Federasiyasının İstintaq Komitəsi jurnalistlərin ölümündə Xodorkovski Mərkəzini günahlandırır

Rusiya İstintaq Komitəsi Cənubi Afrika Respublikasında qətlə yetirilmiş rusiyalı jurnalistlər Orxan Camal (məşhur azərbaycanlı filosof, ictimai xadim Heydər Camalın oğlu), Kirill Radçenko və Aleksandr Rastorquyevin qətlə yetirilməsinin istintaqının davam etdiyini bildirmişdir

İstintaqın ilkin versiyası olduğu kimi qalır: jurnalistlər dünyanın ən təhlükəli ölkələri sırasında ilk onluğa daxil olan CAR-da mühafizənin və səfərin pis təşkili üzündən yerli yaraqlılar tərəfindən qətlə yetirilmişlər. İstintaq Komitəsinin əməkdaşı bidirmişdir ki, səfərin təşkilatçısı olan “Araşdırmaların idarəçiliyi mərkəzi” (əvvəllər Mixail Xodorkovskinin qapalı media-layihəsi adlanmışdır) təhlükəli səfərin təşkilində özünün səhlənkarlığını ört-basdır etmək üçün kütləvi informasiya vasitələrində səfərə aidiyyatı olmayanları günahlandıraraq reallığı təhrif etməyə çalışır. Jurnalistlərə səfərin müqabilində 20 min dollar vəsait vəd olunmuşdur.

İstintaq Komitəsinin əməkdaşı daha sonra qeyd etmişdir ki, jurnalistlər CAR-a vaxtından iki gün əvvəl gəldiklərindən onları qarşılayan olmamışdır. Buna görə də onlar müşayiət üçün yerli sürücünün xidmətindən istifdə etməyi  qərara almışlar. Hərbçilər gecə vaxtı getməməyi və Sibyu şəhərində qalmağı məsləhət görsələr də rusiyalılar çəkiliş aparacaqları yerə yola düşmüşlər. Şəhərdən 23 kilometr məsafədə yerləşən bir kənddə ərəbcə danışan zənci yaraqlılar maşını saxladaraq jurnalistlərdən fotoaparatları və videokameranı verməyi tələb etmişlər. Jurnalistər yaraqlıların tələblərini yerinə yetirməkdən imtina etdikdə quldurlar atəş açaraq onları qətlə yetirmişlər.

Qarışıqlıqdan istifadə edən sürücü aradan çıxaraq canını qurtarmışdır.

İstintaq  Komitəsi cinayət işinin araşdırılmasını davam etdirir.

 

“Xalq qəzeti”

12 2019 15:34 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə