Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Davos İqtisadi Forumu yanvarın 22-25-də keçiriləcək

Davos İqtisadi Forumu yanvarın 22-25-də keçiriləcək

Ənənəvi olaraq hər il İsveçrənin Davos şəhərində keçirilən Davos Dünya İqtisadi Forumu bu il yanvarın 22-25-i tarixlərində adıçəkilən şəhərdə keçiriləcək. Bu barədə “Business İnsider” məlumat yayıb. Mənbə qeyd edir ki, bu, sayca indiyədək keçirilən 49-cu forumdur.

Məlumatda vurğulanır ki, dünyanın yüzdən çox ölkəsinin dövlət və hökumət başçılarının dəvət olunduğu forumda mindən artıq beynəlxalq səviyyəli şirkətin rəhbər şəxsləri, dünyanın aparıcı qeyri-hökumət təşkilatlarının təmsilçiləri və media qurumlarının nümayəndələri iştirak edəcəklər.

“Qloballaşma 4.0: 4-cü Sənaye İnqilabı dövründə yeni arxitekturanın yaradılması“ devizi altında keçirilən builki Forumla bağlı fikirlərini bölüşən Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Karl Şvab bildirib ki, dünyada gedən sürətli dəyişiklərlə bağlı beynəlxalq ictimaiyyət səylərini gücləndirməlidir.

Onun sözlərinə görə, qloballaşan müasir dünyanın əsas problemləri builki Forumun diqqət mərkəzində olacaq. Dördüncü sənaye inqilabının özü ilə gətirdiyi çağırışlar ekologiyanın qorunması üçün tələblər, çoxqütblü dünya nizamı və getdikcə artan qeyri-bərabərliklə birgə addımlayır. Bütün bu inkişaf istiqamətləri qloballaşmanın yeni erasının təməlini təşkil edirlər. Buna görə də, yerli, milli və beynəlxalq idarəçilikdə vaxtında yeni şəraitə uyğun adekvat addımların atılması tələb olunur.

Qeyd edək ki, dövlət-özəl tərəfdaşlığına çalışan Dünya İqtisadi Forumu müstəqil və tərəfsiz beynəlxalq ictimai təşkilatdır. İllik toplantılarda bütün sektorları təmsil edən iştirakçılar həllərə yönəlmiş müzakirələr aparırlar. Beynəlxalq medianın iştirakı, televiziya və veb-yayımları sayəsində Davos İqtisadi Forumu geniş ictimaiyyətin diqqət mərkəzində olur.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

12 2019 14:47 - İQTİSADİYYAT
İQTİSADİYYAT
13 İyul 2019 | 17:10
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə