Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Duzla müalicə

Duzla müalicə

Üz fitnesi üzrə rusiyalı trener Tatyana Çkalova keçirtdiyi insultdan sonra iflic olmuş üzünü özünəməxsus metodlarla bərpa etməsi ilə məşhurlaşıb.

Tatyana üzünü qəribə bir metodla bərpa edib və bunu indiyə kimi davam etdirir.

Çkalovanın üsulu üzü duzlamaqdır. 100 ml qaynanmış suda bir qaşıq dəniz duzu həll edilir, həmin su ilə üz yuyulur və qurulanmır. Bu üsul günaşırı təkrarlanır. Suyun dibinə çökən duz qalığı da sonda üzə çox asta, sürtmədən çəkilir. 

Bu üsulla dəri təmizlənir, dartılır, turqoru yaxşılaşır, əsəb, stresdən yığılan üz əzələləri rahatlaşır, dəri hamarlaşır, hətta kremsiz də üz yaxşı görünür. Üzün əyilmiş forması bərpa olunur, yığılmır, tiklər azalır. Maraqlısı odur ki, duz quru dərini qurutmur. 

Duz xırda kapilyarları da möhkəmlədir, cavanlaşdırıcı təsir göstərir, üz əzələlərini açır, yığılmasının qarşısını alır, epidermis hüceyrələrinin yenilənməsini təmin edir, stress və spazma qarşı təsirlidir, dərini möhkəmlədir. 

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 2019 12:11 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin