Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İranda azərbaycanlı müğənniyə qadağa

İranda azərbaycanlı müğənniyə qadağa

İran hökuməti "Barış” musiqi qrupunun konsert keçirməsinə icazə verməyib.

Bu barədə Güney Azərbaycanın tanınmış müğənnisi Məsud Barış şəxsi İnstaqram səhifəsində yazıb.

O, konsertə hansı səbəbdən icazə verilməməsindən xəbərsiz olduğunu bildirib:

"Təəssüf ki, yenə də məlum olmayan səbəblərə görə mənim konsert keçirməyimə icazə verilmədi. Məlum insanlar, hətta musiqidən anlamayanlar paytaxtdan Təbrizə üz tutur, icazəli şəkildə 40 gün əvvəldən reklama başlayır. Onlar biletdən əldə etdikləri gəlirlə kimliyi məlum olmayan mənasız musiqilər istehsal edir və bu şəkildə əhalinin zövqünü korlayırlar. Maraqlıdır ki, həmin qruplar müxtəlif rəsmi orqanlar tərəfindən dəstəklənir. Səlahiyyətli orqanlar verdikləri boş şüarlara rəğmən, istedadlı musiqiçilərə nəinki yardım etmir, hətta konsertlərə icazə verməyərək, onların sıradan çıxmasına şərait yaradırlar. Vəziyyət belə davam edərsə, yaxın gələcəkdə qeyri-peşəkar musiqi ilə böyüyən uşaqların necə şəxsiyyətə malik olacağını görəcəyik. Bu məsələ məsulların da əziz uşaqlarına aiddir”.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

12 2019 11:11 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin