Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Vətənpərvərlik kinosu həftəsi”

“Vətənpərvərlik kinosu həftəsi”

Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə 2019-cu il yanvarın 14-dən 18-dək “Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində Milli qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi keçiriləcək.

Kino həftəsinin keçirilməsində əsas məqsəd əhali arasında vətənpərvərlik ruhunu gücləndirmək, torpaqlarımız uğrunda döyüşlərdə igidlik göstərən Milli qəhrəmanlarımızı gənc nəslə tanıtmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.

Kino həftəsi çərçivəsində Vüqar Mürsəlov, Mətləb Quliyev, Tahir Həsənov, Cavanşir Rəhimov, Elxan Zülfüqarov, İlqar İsmayılov, Alı Mustafayev, Zabit Quliyev və digər Milli qəhrəmanlara həsr olunan “Dəmir atlı”, “Həsrətlə cənnətə qovuşanlar”, “Bizim zaman qəhrəmanları”, “Cavanşir”, “Ömrün qırx anı”, “Döyüşə tələbələr gedir”, “Tarixdə adı qalan”, “Ən yüksək zirvə”, “Ovçu” və bir çox ekran əsərləri təqdim olunacaq.

Qeyd edək ki, filmlərin nümayişi Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən müxtəlif mədəniyyət müəssisələrində baş tutacaq. Filmlərə giriş sərbəstdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

12 2019 11:03 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
9 Sentyabr 2019 | 11:10
Qarabağ mövzusunda yeni film
7 Sentyabr 2019 | 15:58
"Muğam dünyasına səyahət"
4 Sentyabr 2019 | 15:05
Maraqlı tədbir

Köhnə versiyamızdan xəbərləri izlə