Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elm dünyası şokda

Elm dünyası şokda

Astronomlar kosmosun dərinliklərindən gələn radio siqnalları aşkar etdiklərini açıqlayıblar.

"BBC"nin məlumatına əsasən, Kanadadakı "British Columbia" universitetinin alimləri 1.5 milyard işıq ili uzaqlıqdakı bir mənbədən gələn radio siqnalları kəşf ediblər. Siqnallar Okanagan Vadisindəki CHİME adlı radio teleskopu vasitəsilə müəyyən edilib.

Universitetin alimi İnqrid Steyrs bildirib ki, kosmosun dərinliklərində belə dalğalar çoxdur və bunlara nəyin səbəb olduğu bağlı daha çox məlumat əldə ediləcək.

Sürətli və təkrarlanan radio siqnallar haqqında verilən açıqlamada deyilir:

"Bunun bir çox səbəbi ola bilər. Bir ulduz partlamasından tutmuş, yadplanetlilərə qədər bir çox səbəbdən yarana bilər. Amma əlimizdəki məlumaltar az olduğu üçün hələlik sir olaraq qalıb".

Səs dalğaları cəmi bir millisaniyə davam edir. Bu isə Günəşin 12 ayda istehsal etdiyi enerjiyə bərabərdir. Eyni mənbədən isə bir neçə ay ərzində 6 dəfə radio siqnal gəlib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

12 2019 11:01 - ELM
ELM
17 Oktyabr 2019 | 13:12
Alim və ziyalı ömrü
3 İyul 2019 | 12:29
Şəfəq ƏLİBƏYLİ-70

Köhnə versiyamızdan xəbərləri izlə