Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moskva Müasir İncəsənət Teatrı Bakıda “Anna Karenina”nı təqdim edəcək

Moskva Müasir İncəsənət Teatrı Bakıda “Anna Karenina”nı təqdim edəcək

Fevralın 7-də Moskva Müasir İncəsənət Teatrının qastrol səfəri çərçivəsində Bakıda ilk dəfə Lev Tolstoyun "Anna Karenina" romanı əsasında səhnələşdirilən iki hissəli tamaşa təqdim olunacaq.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində olan Opera Studiyasında nümayiş ediləcək əsər mənfi fikirləri, stereotipləri, daxili münaqişəni və bu fani dünyada bir insanın öz xoşbəxtliyini tapmaq istəyini ehtiva edir.

Anna və Vronskinin bədbəxt eşqi, digər ailələrin qarşılıqlı münasibətinin nəzdində inkişaf edir. Beləliklə, qarşıya insan ruhunun keçmiş bir ilyarım ərzində baş verən dəyişikliklərə güc bəla ilə necə tab gətirdiyinin şahidi olaraq, geniş bir mənzərə çıxır...

 

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

12 2019 10:59 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin