Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 2    Bakı şəhəri, 10 yanvar 2019-cu il
 
“Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 7 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, gənclər tədbirlərinin keçirilməsi üçün büdcə vəsaitindən səmərəli istifadə                 olunması ilə bağlı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:
“Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 
7 nömrəli Qərarında (Azərbaycan 
Respublikasının Qanunvericilik 
Toplusu, 2007, № 1, maddə 51; 2014, 
№ 9, maddə 1135) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında və 1-ci hissəsində “beynəlxalq” sözündən sonra “səviyyəli” sözü əlavə edilsin və “Normaları” sözü “Qaydaları” sözü ilə əvəz edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş “Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Normaları” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
 
 
Novruz  MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri 
 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 10 yanvar

tarixli 2 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

 

Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq

səviyyəli gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi

QAYDALARI

 

 

1. Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılan vəsait hesabına keçirilən ölkə səviyyəli gənclər tədbirlərinə xərclərin ödənilməsi 1 nömrəli cədvəldəki normalara uyğun həyata keçirilir.

 

1 nömrəli cədvəl

Sıra№-si

Xərclər

Xərc normaları

(1 nəfər iştirakçı

üçün, manatla)

1

2

3

1.

Müsabiqə, olimpiada və s. qaliblərinin mükafatlandırılması

80 manata qədər

2.

Dəftərxana (dəvətnamə, proqram, kağız, bloknot, qovluq və s. üçün), nəşriyyat və təsərrüfat xərcləri

15 manata qədər

3.

Tədbirlər zamanı çay, qəhvə fasiləsi

5 manata qədər

 

1.1. İştirakçının gündəlik və kommunal xərclərinin məbləği respublika üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin normalarına uyğun olaraq tənzimlənir.

1.2. Gənclər tədbirlərinin keçirilməsi üçün tərtibat işləri (o cümlədən, bədii tərtibat, dekorasiya, qrim materialları, səhnə geyimləri və s.), saytların hazırlanması, sosial şəbəkələrdə təbliğat-maarifləndirmə işlərinin aparılması, zalların icarəsi, sorğu və tədqiqatların keçirilməsi, tərcümə işləri, elm olimpiadaları və intellektual yarışlar zamanı sualların, telelayihələrin, videoçarxların və filmlərin hazırlanması, foto və videoçəkiliş xidməti, inventar və avadanlığın icarəsi və digər xərclər üçün vəsaitin ödənilməsi tədbir haqqında əsasnaməyə, dövlət satınalmalarını tənzimləyən mövcud normativ aktların tələblərinə, digər tənzimləyici normativ sənədlərə, həmçinin tədbiri keçirən və iştirakçı təşkilatların real bazar qiymətlərinə uyğun bağlanılmış müqavilələrə əsasən tənzimlənir.

1.3. Ölkə səviyyəli gənclər tədbirlərində iştirak edən xarici ölkə nümayəndə heyətlərinin xərcləri 2 nömrəli cədvəldə həmin şəxslərə şamil olunan normalarla tənzimlənir.

2. Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılan vəsait hesabına keçirilən beynəlxalq səviyyəli gənclər tədbirlərinə xərclərin ödənilməsi 2 nömrəli cədvəldəki normalara uyğun həyata keçirilir.

 

                                                                             2 nömrəli cədvəl

Sıra

№-si

Xərclər

Xərc normaları

1

2

3

1. Mehmanxana xərcləri (1 nəfər üçün)

1.1.

Nümayəndə heyətinin rəhbəri, nazirlər və onlara bərabər tutulan şəxslər və digər fəxri qonaqlar üçün

tədbirin keçirildiyi yerə uyğun olaraq, 4 ulduzlu mehmanxanalarda süit, 5 ulduzlu mehmanxanalarda kiçik süit və ya birnəfərlik otağın qiyməti

1.2.

Nümayəndə heyətinin üzvləri üçün

4 və ya 5 ulduzlu mehmanxanalarda iki

çarpayılı otağın qiyməti

2. Yemək xərcləri (1 nəfər üçün)

2.1.

Nahar yeməyi

40 manata qədər

2.2.

Şam yeməyi

60 manata qədər

2.3.

Tədbirlər zamanı çay, qəhvə fasiləsi

10 manata qədər

 
 

 

1

2

3

3. Dəftərxana xərcləri (1 nəfər üçün)

3.1.

Nümayəndə heyətinin rəhbəri, nazirlər və onlara bərabər tutulan şəxslər və digər fəxri qonaqlar üçün

30 manata qədər

3.2.

Nümayəndə heyətinin üzvləri üçün

15 manata qədər

4. Azərbaycan Respublikasının tarixini və mədəniyyətini təcəssüm etdirən xatirə hədiyyələrinin alınması xərcləri                           (1 nəfər üçün)

4.1.

Nümayəndə heyətinin rəhbəri, nazirlər və onlara bərabər tutulan şəxslər və digər fəxri qonaqlar üçün

30 manata qədər

4.2.

Nümayəndə heyətinin üzvləri üçün

24 manata qədər

 

     

2.1. Beynəlxalq səviyyəli gənclər tədbirlərinin keçirilməsi zamanı Azərbaycan Respublikası tərəfindən tədbirdə iştirak edən şəxslərin xərc normaları 2 nömrəli cədvəllə (1-ci və 4-cü hissələri istisna olmaqla), beynəlxalq səviyyəli gənclər tədbirinin keçirildiyi yerin həmin şəxslərin yaşayış yerindən uzaq məsafədə yerləşdiyi hala münasibətdə isə “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarının 1-ci hissəsi ilə tənzimlənir.

2.2. Xarici ölkələrin nümayəndə heyətlərinin qəbulu ilə əlaqədar nahar və şam yeməyi zamanı Azərbaycan Respublikası tərəfindən iştirakçıların sayı xarici nümayəndə heyəti üzvlərinin sayından çox olmamalıdır.

2.3. Mehmanxanalarda kateqoriyalar üzrə nömrələrin kirayə xərcləri xarici nümayəndə heyətlərinin qəbul edildiyi şəhərin mehmanxanalarında qüvvədə olan tariflərə uyğun olaraq müvafiq təsdiqedici sənədlər əsasında ödənilir. Xarici ölkələrdən gələn qonaq yüksəkvəzifəli şəxs (qorunan şəxs) olduqda, qonağın yaşadığı mehmanxanada mühafizə məqsədi ilə Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən təhkim olunmuş əməkdaşlar üçün otaqların kirayə haqqı təqdim edilən hesab əsasında ödənilir.

2.4. Mehmanxanalarda yerlər nümayəndə heyətini qəbul edən təşkilatın tələbnaməsinə əsasən bronlaşdırılır.

2.5. Xarici ölkələrin nümayəndə heyətlərinə avtomobil nəqliyyatı xidməti xərcləri nəqliyyat xidməti göstərən və ya nəqliyyat vasitələrinin icarəsini təklif edən müəssisələrlə real bazar qiymətlərinə və dövlət satınalmalarını tənzimləyən mövcud normativ aktların tələblərinə uyğun bağlanılmış müqavilə əsasında saat hesabı ilə aşağıdakı qaydada ödənilir:

2.5.1. cədvəlin 1.1-ci bəndində göstərilən şəxslər üçün banı “Sedan” tipli minik avtomobili ilə 1 gündə 12 saata qədər (tədbir keçirilən müddətdə respublikanın regionlarına səfər etmək zərurəti yarandıqda, habelə ölkənin beynəlxalq hava limanlarında uçuşların vaxt qrafiki nəzərə alınmaqla, daha artıq müddətə);

2.5.2. nümayəndə heyətinin üzvlərinin sayı 10 nəfərə qədər olduqda, nümayəndə heyətinin hər 3 üzvünə banı “Sedan” tipli 1 ədəd minik avtomobili ilə 1 gündə 10 saata qədər;

2.5.3. nümayəndə heyətinin üzvlərinin sayı 10 nəfərdən çox olduqda, üzvlərin sayından asılı olaraq müvafiq tipli avtobusla 1 gündə 10 saata qədər.

2.6. Tərcümə xidmətlərinin ödənişi:

2.6.1. xarici ölkələrin nümayəndə heyətlərinə tərcümə xidməti xərcləri tərcümə xidməti göstərən hüquqi və ya fiziki şəxslərlə real bazar qiymətlərinə və dövlət satınalmalarını tənzimləyən mövcud normativ aktların tələblərinə uyğun olaraq bağlanılmış müqavilə və müvafiq təsdiqedici sənədlər əsasında ödənilir;

2.6.2. xarici ölkələrin nümayəndə heyəti üzvlərinin sayı 5 nəfərdən çox olduqda, nümayəndə heyətinə xidmət göstərən tərcüməçilərin və müşayiət edən şəxslərin sayı 5 nəfərdən az olmayan hər nümayəndə heyəti üçün 1 nəfər tərcüməçi və ya müşayiət edən şəxs hesabı ilə müəyyən edilir;

2.6.3 xarici nümayəndə heyətinin say tərkibindən asılı olmayaraq, nümayəndə heyətinə (nümayəndəsinə) tərcümə xidmətinə görə 1 nəfər tərcüməçi və ya müşayiət edən şəxsin təyin edilməsi onların ayrı-ayrı dil qruplarına mənsub olması zamanı tətbiq edilir.

              2.7. Beynəlxalq səviyyəli gənclər tədbirlərinin keçirilməsi üçün tərtibat işləri (o cümlədən, bədii tərtibat, dekorasiya, qrim materialları, səhnə geyimləri və s.), saytların hazırlanması, sosial şəbəkələrdə təbliğat-maarifləndirmənin aparılması, zalların icarəsi, sorğu və tədqiqatların keçirilməsi, tərcümə işləri, elm olimpiadaları və intellektual yarışlar zamanı sualların, telelayihələrin, videoçarxların və filmlərin hazırlanması, foto və videoçəkiliş xidməti, inventar və avadanlığın icarəsi və digər xərclər üçün vəsaitin ödənilməsi tədbir haqqında əsasnaməyə, dövlət satınalmalarını tənzimləyən mövcud normativ aktların tələblərinə, digər tənzimləyici normativ sənədlərə, həmçinin tədbiri keçirən və iştirakçı təşkilatların real bazar qiymətlərinə uyğun bağlanılmış müqavilələrə əsasən tənzimlənir.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin