Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ən düzgün format danışıqların Ermənistan və Azərbaycan arasında aparılmasıdır

Ən düzgün format danışıqların Ermənistan və Azərbaycan arasında aparılmasıdır

Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması daim dövlətin diqqət mərkəzində saxladığı prioritet sahə olub. Münaqişənin həlli istiqamətində son illər həyata keçirilən tədbirlər ölkəmizin mövqeyini daha da möhkəmləndirib. Mötəbər qurumların qəbul etdikləri qərar və qətnamələrdə də Ermənistanın işğalçı ölkə olduğu bir daha öz təsdiqini tapıb. Dövlətimizin ­başçısı iştirak etdiyi bütün tədbirlərdə, habelə görüşlərdə birmənalı olaraq vurğulayıb ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var: ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. 
Milli Məclisin deputatı Rüstəm Xəlilov bizimlə söhbət zamanı dedi ki, dünən Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı bir daha Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibət bildirdi və bu istiqamətdə görülmüş işlər barəsində məlumat verdi.
Ölkə başçısı dedi ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: “BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz bu ifadələr öz əksini tapıbdır”. 
Deputat dedi: “Hələ ki, danışıqlar prosesinə üstünlük verilir. Dövlətimizin ­başçısı da danışıqların davam etdirilməsi prosesinə başlanıldığını diqqətə çatdıraraq, bildirdi ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi. Hətta belə bir fikirlər səslənirdi ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır. 
“Biz dərhal belə cəhdləri rədd etdik və əlbəttə ki, münaqişə ilə məşğul olan vasitəçilər də heç cür belə anlaşılmaz yanaşmanı dəstəkləyə bilməzdilər və öz fikirlərini bildiriblər...  “Xarici işlər nazirləri artıq bir neçə dəfə görüşmüşlər və danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Yalnız bu format danışıqlar prosesi üçün məqbuldur”.

 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

12 2019 00:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin