Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Türkiyə Suriyanın şərqində hərbi əməliyyatları ləngitməyəcək”

Mövlud Çavuşoğlu ABŞ-ın qoşunlarını Suriyadan çıxarmaq qərarını şərh edib

“Türkiyə Suriyanın şərqində hərbi əməliyyatları ləngitməyəcək”

Türkiyə Böyük Millət Məclisində çıxış edən xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankara Suriyanın şərqində hərbi əməliyyatları ləngitmək barədə düşünmür. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Nazir ABŞ Prezidenti Donald Trampın ölkəsinin qoşunlarını Suriyadan çıxarmaq qərarlarını şərh edərkən deyib ki, reallıq budur ki, hazırda Vaşinqton PKK terror təşkilatının Suriya qanadı olan YPG yaraqlıları ilə əlaqələri üzmək məsələsində çətinlik çəkir. 
M.Çavuşoğlu sonra bildirib ki, təəssüf ki, bir sıra böyük dövlətlər Ağ evi qoşunları  Suriyadan çıxarmaması üçün dilə tutur. Birləşmiş Ştatların özündə isə bir sıra qurumlar bu məsələ ilə bağlı ziddiyyətli bəyanatlarla çıxış edirlər. Ankara ABŞ siyasi dairələrində və mediada tez-tez yer alan Türkiyənin Suriyada kürdlərə divan tutacağı barədə fikirləri qətiyyətlə  rədd edir.
M.Çavuşoğlu parlamentdə çıxışı zamanı həmçinin bildirib ki, 2019-cu ildə Türkiyənin xarici siyasətinin priotetlərindən biri Yəməndə münaqişənin həllinə töhfə vermək olacaq. Onun sözlərinə görə, Kipr probleminin həlli ilə bağlı müzakirələr Avropa Parlamentinə qarşıdakı seçkilərlə bağlı hələlik təxirə salınıb. 

 

M.HACIXANLI,
 “Xalq qəzeti” 

11 2019 23:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə