Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni prezident aprelə kimi seçilə bilər

Yeni prezident aprelə kimi seçilə bilər

“Bloomberg” agentliyinin yaydığı məlumata görə, Dünya Bankı qurumun prezidenti vəzifəsinə namizədlərin seçimini fevralın ortalarına qədər başa çatdırmaq niyyətindədir.
Agentlik yazır ki, qurum Dünya Bankının aprelin 14-də keçiriləcək toplantısına kimi yeni prezidenti bu vəzifədə təsdiq etməyi planlaşdırır.
Mənbə Dünya Bankının mətbuat xidmətinin məlumatına istinadən yazır: “Namizədlər fevralın 7-dən 14-dək olan dövrdə təqdim edilməlidirlər. Onların namizədlikləri icraçı direktorlar vasitəsilə ölkə hökumətləri tərəfindən irəli sürülməlidir”.
Yanvarın əvvəlində yayılan məlumata görə, Dünya Bankının prezidenti Cim Yen Kim vəzifəsini vaxtından əvvəl tərk edəcək. Fevralın 1-dən onun səlahiyyətlərini Dünya Bankının indiki baş icraçı direktoru Kristalina Georgiyeva icra edəcək.

 

Rövşən ATAKİŞİYEV,  “Xalq qəzeti”

 

11 2019 23:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin