Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Angela Merkel Afinaya səfər edib

Angela Merkel Afinaya səfər edib

“Euronews” agentliyinin yaydığı məlumata görə, Almaniya Kansleri Angela Merkel Afinaya ikigünlük rəsmi səfər edib. Bildirilir ki, səfər çərçivəsində  o,  Yunanıstanın Baş naziri Aleksis Tsiprasla görüşüb.
Bildirilir ki, tərəflər Yunanıstandakı iqtisadi vəziyyət və Makedoniya Respublikasının adının dəyişdirilməsinə dair Afina ilə Skopye arasında imzalanmış sazişi müzakirə ediblər. 
“Bu qərar  Yunanıstan və Makedoniya ilə yanaşı, bütün Avropa üçün faydalı olacaq”–deyə Almaniya Kansleri görüşdən sonra keçirilən birgə mətbuat konfransında  bildirib.  
Angela Merkelin Yunanıstana gəlişi etirazlarla müşayiət edilib. Afinanın mərkəzinə toplaşan solçu fəallar Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu və NATO əleyhinə şüarlar səsləndiriblər. Onlar Yunanıstan parlamenti və Avropa İttifaqının yerli nümayəndəliyinin binasına daxil olmağa cəhd ediblər. Polis narazı kütləni dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edib.

 

Mahmud QƏRİBOV,
 “Xalq qəzeti”

11 2019 23:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə