Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birjalarda neftin qiyməti artmaqda davam edir

Birjalarda neftin qiyməti artmaqda davam edir

Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin bir bareli 61,97 dollar olub. 
Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin bir bareli 52,96 dollar olub. Azərbaycanın “AzeriLight” markalı neftinin bir bareli 64,10 dollar olub.
Həftənin əvvəlindən “Brent” markalı neft 7,6 faiz, “WTI” markalı neft 9,3 faiz, “AzeriLight” markalı neft 8,6 faiz artıb.
Ekspertlər dünya bazarında “qara qızıl”ın qiymətinin bahalaşmasını OPEC-in hasilatı azaltmasında və ­ABŞ-la Çin arasında ticarət danışıqlarının uğurla aparılmasında görürlər.

Qəzənfər  QASIMOV, “Xalq  qəzeti” 

 

11 2019 23:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2019 | 23:37
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin