Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hava proqnozu

Hava proqnozu

Yanvarın  12-də Bakıda və Abşeron yarımadasında  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam  şimal-qərb küləyi ilə əvəz olunacaq.  Gecə 3-5,  gündüz   8-11,    Bakıda gecə 3-5,  gündüz  9-11  dərəcə isti olacaq. Atmosfer təzyiqi  765  mm civə sütunundan 758  mm civə sütununa enəcək, nisbi rütubət  gecə 65-75, gündüz  55-60   faiz olacaq.
Naxçıvan Muxtar Respublikasında  əsasən yağmursuz keçəcək.  Arabir güclənən  qərb   küləyi əsəcək.  Gecə 3-8 , dağlıq ərazilərdə 10-15  dərəcə şaxta, gündüz 7-12  dərəcə isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında  əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi  yerlərdə  duman olacaq. Arabir güclənən  qərb  küləyi əsəcək.  Gecə 3-8  dərəcə şaxta , gündüz  2-7   dərəcə  isti olacaq. 
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında  əsasən yağmursuz keçəcək.  Səhər bəzi  yerlərdə  duman  olacaq. Arabir güclənən  qərb  küləyi əsəcək.  Gecə 2 dərəcə şaxtadan 3  dərəcəyədək isti, gündüz  9-13  dərəcə isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında  əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi  yerlərdə duman olacaq. Arabir güclənən  qərb  küləyi əsəcək.  Gecə  3  dərəcə şaxtadan 2 dərəcəyədək isti,  gündüz 8-11  dərəcə isti ,  dağlarda gecə 8-13  dərəcə şaxta , gündüz 0-5  dərəcə  isti   olacaq. 
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək.  Gecə və səhər  bəzi  yerlərdə  duman  olacaq. Arabir güclənən qərb  küləyi əsəcək.  Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14   dərəcə isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında  əsasən yağmursuz keçəcək. Dağlarda  duman  olacaq. Şərq  küləyi əsəcək.  Gecə 2-5, gündüz  9-13  dərəcə isti , dağlarda gecə 2  dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-11  dərəcə isti olacaq. 

11 2019 23:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin