Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Donald Tramp Davosa səfərini ləğv edib

Donald Tramp Davosa səfərini ləğv edib

TASS informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp Davos Dünya İqtisadi Forumunda iştirak etməyəcək. 

Agentlik qeyd edir ki, bu, ABŞ-Meksika sərhədindəki böhranla əlaqədardır.

Prezident Donald Tramp bu barədə “Twitter” səhifəsində yazıb ki, o, sərhədlərin təhlükəsizliyi ilə bağlı demokratların barışmaz mövqeyi və ölkənin təhlükəsizliyinin fövqəladə dərəcədə vacibliyi səbəbindən Davos Dünya İqtisadi Forumuna getmir və üzr istəyir.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

11 2019 17:32 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə