Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birjalarda neftin qiyməti artmaqda davam edir

Birjalarda neftin qiyməti artmaqda davam edir

Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin bir bareli 61,97 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin bir bareli 52,96 dollar olub. Azərbaycanın “AzeriLight” markalı neftinin bir bareli 64,10 dollar olub.

Həftənin əvvəlindən “Brent” markalı neft 7,6 faiz, “WTI” markalı neft 9,3 faiz, “AzeriLight” markalı neft 8,6 faiz artıb.

Ekspertlər dünya bazarında “qara qızıl”ın qiymətinin bahalaşmasını OPEC-in hasilatı azaltmasında və ABŞ-la Çin arasında ticarət danışıqlarının optimist aparılmasında görürlər.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

11 2019 16:39 - İQTİSADİYYAT
İQTİSADİYYAT
13 İyul 2019 | 17:10
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə