Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qətər İraqa 1 milyard dollar verəcək

Qətər İraqa 1 milyard dollar verəcək

Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani İraq Prezidenti Bəhram Salehlə Dohadakı danışıqlarda əmirliyin respublikada infrastrukturun bərpa edilməsinə bir milyard dollar investisiya yatırmağa hazır olduğunu təsdiq edib.

Trend-in məlumatına görə, görüşdə iki ölkənin rəhbərləri münasibətlərin ilk növbədə iqtisadi, ticarət, investisiya sahələrində, infrastruktur və turizm sahəsində genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Liderlər iqtisadi və ticarət münasibətlərinin inkişafı üçün Qətərin Həməd və İraqın Umm Kəsr limanları arasında birbaşa gəmi yolunun istifadəyə verilməsi ilə bağlı razılığa gəliblər.

Qeyd edək ki, İraq Prezidenti yanvarın 9-da Qətərə rəsmi səfərə gedib. B.Saleh Dohaya ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə danışıqlardan sonra gəlib. M.Pompeo da Strateji dialoq konfransında iştirak etmək üçün bazar günü Qətərə səfər edəcək.

11 2019 16:28 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin