Ən son xəbərlər

Son buraxılış
Arxiv

İran nüvə sazişindən çıxacağı barədə yayılan xəbərləri təkzib etdi

İran nüvə sazişindən çıxacağı barədə yayılan xəbərləri təkzib etdi

İran İslam Respublikasının Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi İranın nüvə sazişindən çıxacağı və xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefaya göndəriləcəyi barədə barədə yayılan xəbərləri təkzib etmişdir.

Vaezi demişdir: “Son vaxtlar İranın yaxın zamanlarda nüvə sazişini tərk edəcəyi barədə yayılmış xəbərlər əsassızdır və bunların məqsədi dezinformasiya yaymaqla ölkənin milli maraqlarına ziyan vurmaqdır”.

Administrasiya rəhbəri qeyd etmişdir ki, İranın daxili və xarici düşmənlərinin tribunasına çevrilməmək üçün kütləvi informasiya vasitələri diqqətli olmalı və belə şübhəli xəbərləri yaymamalıdırlar. Nüvə sazişi neçə ki ölkənin maraqlarına cavab verir İran bu sazişdən çıxmayacaq.

Qeyd edək ki, yanvarın 9-da İranın bəzi internet nəşrləri ölkənin nüvə sazişindən çıxacağı və xarici işlər nazirinin istefaya göndəriləcəyi barədə xəbər yaymışlar. Xəbər tezliklə sosial şəbəkə istifadəçiləri tərəfindən tirajlanmışdır.

 

“Xalq qəzeti” 

11 2019 15:25 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin