Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oğuzda baytarlıq-sanitariya tədbirləri həyata keçirilib

Oğuzda baytarlıq-sanitariya tədbirləri həyata keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2019-cu ilin ilk günlərindən başlayaraq yerlərdə iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparılır.

Gürcüstan Respublikasında insanlar arasında “donuz qripi”nin (A-H1N1 tipi) sürətlə yayılma və bu xəstəliyin insanlar vasitəsi ilə donuzlara ötürülmə ehtimalını nəzər alaraq ölkəmizin donuzçuluq təsərrüfatlarına mütəmadi baytarlıq baxışı, sahibkarlarla görüşlər keçirilir və təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır. Belə tədbirlərdən biri də Oğuz Rayon Baytarlıq İdarəsi tərəfindən 31 baş donuz saxlanılan təsərrüfatda icra edilib. Baytar mütəxəssisləri heyvanlara baxış keçirib, 3 aydan yuxarı 15 baş donuzda qarayara xəstəliyinə qarşı peyvənd edərək 85 kvadratmetr sahədə dezinfeksiya aparıblar.

Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr də verilib.  

Oğuz Rayon Baytarlıq İdarəsi tərəfindən 2018-ci il ərzində  profilaktik peyvəndləmə tədbirləri aparılaraq epizootoloji sabitlik qorunub saxlanılıb.

Hazırda Oğuz Rayon Baytarlıq İdarəsi tərəfindən rayonda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun olaraq 2019-cu ilin müalicə-profilaktik və epizootik tədbirlərin aparılmasına başlanılıb

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün DBX lazımi təşkilatı tədbirləri davam etdirir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 2019 11:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin