Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Suriyanı tərk edir

ABŞ qoşunlarının Suriyadan çıxarılmasına dair plana uyğun olaraq hərbi texnikanın bu ölkədən çıxarılmasına başlanıb.

Trendin məlumatına görə, KİV-lər artıq neçə gündür ki, "yerüstü hərbi texnikanın" ilk partiyasının Suriyadan çıxarılması barədə materiallar dərc edir. İlkin olaraq Suriyanın şimal hissəsindəki qüvvələrin çıxarılacağı bildirilir.

Hərbi qüvvələrin çıxarılması ilə bağlı əməliyyatın həyata keçirlməsi isə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığına həvalə olunub. Çıxarılan hərbi texnika arasında yerüstü hərbi texnika ilə yanaşı, hərbi gəmi, təyyarə və vertolyotların da yer alacağı qeyd olunur.

Qeyd edək ki, ötən ilin dekabrında ABŞ Prezidenti Donald Tramp Pentaqona Suriyadan amerikalı hərbçilərin çıxarılması ilə bağlı hazırlıq işlərinə başlamağı əmr edib.

11 2019 11:26 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
20 Aprel 2020 | 16:50
Kanadada atışma
10 Fevral 2020 | 12:25
Kevin Konuey vəfat edib
4 Fevral 2020 | 17:42
Kaliforniyada atışma

Köhnə versiyamızdan xəbərləri izlə