Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paraqvay Venesuela ilə diplomatik əlaqələri kəsir

Paraqvay Venesuela ilə diplomatik əlaqələri kəsir

Paraqvay Venesuela ilə diplomatik əlaqələri kəsir.

Paraqvay televiziyasının məlumatına görə, ölkə prezidenti Mario Benites Venesuela ilə diplomatik əlaqələrin kəsildiyini bəyan etmişdir. Prezidentin bəyanatında deyilir ki, Venesuelada prezident seçkiləri zamanı qanun pozuntularına yol verildiyi üçün Paraqvay seçkinin nəticələrini tanımır, diplomatik əlaqələri kəsir, Karakasda səfirliyini bağlayır və diplomatik heyəti çıxarır.

Diplomatik münasibətlərin kəsilməsinə baxmayaraq, Paraqvay Petropar neft şirkətinin Venesuelanın PDVSA şirkəti qarşısında borc öhdəliyini yerinə yetirəcəyini bildirmişdir.

Paraqvay Xarici İşlər Nazirliyi Venesuela səfirliyinin ölkəni tərk etməsini tələb etmişdir.

Qeyd edək ki, Venesuela prezidenti Maduro ötən ilin mayında ikinci dəfə prezident seçilmişdir. Andiçmə mərasimi yanvarın 10-da keçirilmişdir. ABŞ və Avropa İttifaqı seçkinin nəticələrini tanımadıqlarını bildirmişlər

 

“Xalq qəzeti”

11 2019 11:15 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin