Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənc rəssamın “Yüksək ideyalar yolunda” adlı sərgisi açılacaq

Gənc rəssamın  “Yüksək ideyalar yolunda” adlı sərgisi açılacaq

Yanvarın 14-də görkəmli Azərbaycan rəssamı Soltan Soltanlının rəngkarlıq əsərlərindən ibarət “Yüksək ideyalar yolunda“ adlı sərgisi açılacaq.

Sərgidə rəssamın son iki ildə yaratdığı 30 rəngkarlıq əsəri nümayiş olunacaq.

Qeyd edək ki, Soltan Soltanlı təsviri sənətin rəngkarlıq, qrafika və karikatura sahələri ilə məşğul olur. Rəssam uzun illərdir ölkəmizi beynəlxalq yarışma və sərgilərdə layiqincə təmsil edərək yüksək mükafatlara layiq görülüb. Əsərləri dünyanın 50-dən çox ölkəsində muzey və şəxsi kolleksiyalarda qorunur.

Çağdaş rəssamlığın uğurlu örnəklərindən olan rəssamın əsərləri birbaşa hansısa ideya və mövzu ilə bağlı olub həmin ideyanın açılmasına xidmət edir. Onun əsərləri üçün fəlsəfilik, məntiqilik və yüksək bədiilik xarakterikdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

11 2019 11:05 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin