Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əmlak Məsələləri Dövlət Komitəsinin Çağrı Mərkəzində 13 minə yaxın müraciət cavablandırılıb

Əmlak Məsələləri Dövlət Komitəsinin Çağrı Mərkəzində 13 minə yaxın müraciət cavablandırılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan 193 Çağrı Mərkəzinin fəaliyyəti əmlak idarəçiliyi ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin operativ cavablandırılmasına, hüquqi yardımın göstərilməsinə, xidmət keyfiyyətinin artırılmasına yönəlib.

Komitənin məlumatında deyilir ki, ötən il ərzində Çağrı Mərkəzində ümumilikdə 13 minə yaxın müraciət cavablandırılıb. Daxil olan müraciətlərdən 11 minə yaxını sorğulardan ibarətdir. Sorğu tipli müraciətlərin mövzuları əsasən, dövlət əmlaklarının özəlləşdirilməsi, icarəsi və istifadəsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, torpaqların kadastr uçotu və digər məsələlərlə bağlı olub. Hər bir vətəndaşın müraciət üzrə ətraflı məlumatlandırılması üçün sorğular dərhal cavablandırılıb, mütəxəssislər tərəfindən qanunvericiliyin tələbləri izah olunub və hüquqi məsləhətlər verilib.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

11 2019 10:58 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə