Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

209,5 milyon ton yük və 1,8 milyard nəfər sərnişin

209,5 milyon ton yük və 1,8 milyard nəfər sərnişin

Azərbaycanın iqtisadi inkişafının dinamikliyi ölkənin nəqliyyat sektorunu da xeyli canlandırmışdır. Bunu Dövlət Statistika Komitəsinin keçən ilin 11 ayı üzrə olan son məlumatındakı rəqəmlər də təsdiqləyir.

Məlumatda bildirilir ki, ötən ilin yanvar-noyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 209,5 milyon ton yük daşınmışdır. Bu, 2017-ci ilin eyni dövrünə nisbətən 1,5 faiz çoxdur. Daşınmanın 3,6 faizi dəniz, 6 faizi dəmir yolu, 0,1 faizi hava, 65 faizi avtomobil nəqliyyatı, 25,3 faizi boru kəmərləri vasitəsi ilə həyata keçirilmişdir.

Bu dövrdə həmçinin qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi artmışdır - 2,7 faiz. Bu rəqəm kifayət etmişdir ki, daşınan ümumi yüklərin həcmində qeyri-dövlət sektoruna aid nəqliyyat vasitələrinin xüsusi çəkisi 82,4 faiz olsun.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

11 2019 10:54 - İQTİSADİYYAT
İQTİSADİYYAT
13 İyul 2019 | 17:10
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə