Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qeyri-neft məhsullarının ixracı 11 faiz artmışdır

Qeyri-neft məhsullarının ixracı 11 faiz artmışdır

Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda bildirilir ki, Azərbaycan ötən ilin 10 ayı ərzində 178 ölkə ilə ticarət əməliyyatları həyata keçirmişdir. Bu dövrdə 104 ölkəyə məhsul ixrac, 171 ölkədən idxal olunmuşdur. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilən dəyəri nəzərə alınmaqla sözügedən dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsi 26,5 milyard dollar, o cümlədən ixracın dəyəri 17,2 milyard, idxalın dəyəri 9,2 milyard dollar təşkil etmişdir. Bu isə 8,09 milyard dollarlıqdan çox müsbət ticarət saldosu deməkdir.

2017-ci ilin eyni dövrü ilə müqayisədə ölkəmizin xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 36,4, o cümlədən ixrac 38,3, idxal 33, real ifadədə isə dövriyyə 1,3, o cümlədən ixrac 1, idxal 1,9 faiz artmışdır.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

11 2019 10:53 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin