Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əhalinin 1,5 milyon nəfərdən çoxu neftdən kənar sahələrdə çalışır

Əhalinin 1,5 milyon nəfərdən çoxu neftdən kənar sahələrdə çalışır

Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2018-ci il dekabrın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5,1 milyon nəfərdən çox olmuşdur ki, onlardan da 4,8 milyon nəfəri işlə təmin edilmişdir. Ötən il noyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1,5 milyon, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 884,7 min, qeyri-dövlət sektorunda 668,1 min nəfər olmuşdur. Sözügedən dövrə olan məlumata görə, neft sektorunda 33,9 min, qeyri-neft sektorunda 1,5 milyon nəfər çalışmışdır.

Müəssisə və təşkilatlarda çalışan işçilərin 23,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,2 faizi tikintidə, 7 faizi emal sənayesində, 3,3 faizi aqrar sektorda, eləcə də meşə təsərrüfatı və balıqçılıqda, 2,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalında, 2,2 faizi mədənçıxarmada, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

11 2019 10:51 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə