Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnvestisiyanın həcmi 21,2 faiz artıb

İnvestisiyanın həcmi 21,2 faiz artıb

Ötən ilin 11 ayı ərzində əsas kapitala yönəldilmiş 12,8 milyard manatlıqdan çox vəsaitin əksər hissəsi qeyri-neft sektorunun inkişafına yönəldilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu dövrdə qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi 21,2, o cümlədən qeyri-neft sənayesinə qoyulan investisiyalar 22,6 faiz artıb. İstifadə olunan vəsaitin 68,4 faizi məhsul istehsalı, 23,5 faizi xidmət obyektlərinin, 8,1 faizi isə ümumi sahəsi 1,8 milyon kvadratmetrdən çox olan yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala, o cümlədən qeyri-neft sektoruna yönəldilən vəsaitlərin 63,1 faizini daxili vəsaitlər təşkil edib.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

11 2019 10:50 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin