Ən son xəbərlər
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
Mərkəzi Bankdan bildirildiyinə görə, AMB-nin valyuta ehtiyatları bu il yanvarın 1-nə 5 milyard 622,5 milyon ABŞ dolları olub. Bu göstərici ötən il dekabr ayının müvafiq dövrü ilə müqayisədə 31,6 milyon dollar çoxdur. İlin əvvəlinə nisbətən valyuta ehtiyatları 287,9 milyon dollar artıb.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə