Ən son xəbərlər

Son buraxılış
Arxiv

Piter Teys: Azərbaycan İslam mədəniyyətinin qorunmasında fundamental rol oynayıb

Piter Teys: Azərbaycan İslam mədəniyyətinin qorunmasında fundamental rol oynayıb

Azərbaycan islam mədəniyyətinin, etnik irsin və yerli memarlığın qorunmasında fundamental rol oynayıb.

Trend-in məlumatına görə, qlobal siyasət və Transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys “Eurasia Review” nəşrindəki məqaləsində  ölkəmizin islam dünyasında rolunu yüksək dəyərləndirib.

Müəllif qeyd edib ki, gözəl landşaft, heyrətamiz mədəni irs və unikal islam mədəniyyəti obyektləri Azərbaycanın bütün iri şəhər və rayonlarında əsas diqqətəlayiq yerlərdir.

Amerikalı ekspert öz məqaləsində əsasən Qazax və Naxçıvan Muxtar Respublikasının xüsusiyyətlərindən danışır: “Qazax Norveç və Danimarka kral saraylarını bəzəyən xalçaları ilə məşhurdur. Qazax xalçaları həmçinin Amerika, Avropa və Asiyanın muzeylərində, o cümlədən Ermitaj, Metropoliten muzeyi (Nyu York), Berlin muzeyi, Budapeşt muzeylərində sərgilənir”.

Daha sonra məqalədə Naxçıvandan danışan P.Teys bildirib ki, bu bölgədə onu və həmkarlarını Əlincə qalası, Nuhun türbəsi, İlandağ və digər diqqətəlayiq yerlər heyrətləndirib.

11 2019 10:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2019 | 23:37
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin