Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Gənc iqtisadçıların qış məktəbi” layihəsi uğurla icra olundu

“Gənc iqtisadçıların qış məktəbi” layihəsi uğurla icra olundu

Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasına əsasən, Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi müsabiqəyə Həmid-Xan Tahirli  "Gənc iqtisadçıların qış məktəbi" layihəsini təqdim etmiş və müsabiqənin qalibi olmuşdur. 
Layhənin başlıca məqsədi gənclərin iqtisadi biliklərinin praktiki cəhətdən artırılması, problemlə bağlı  fikir mübadiləsi üçün şəraitin yaradılmasi, həmçinin böyüməkdə olan nəslin Azərbaycan xalqının dilinə, adət və ənənələrinə, mənəvi dəyərlərinə, dövlət rəmzlərinə hörmət, azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirilməsinə xidmətdir.
Binəqədi Gənclər evində keçirilən layihənin icrası təlim və yarış formasında olmaqla 4 gün davam etmişdir. Əvvəlcədən seçilmiş 28 nəfərlə layihənin icrasına başlanılmış, lakin gənclərin  marağı nəzərə alınaraq, iştirakçıların say tərkibi 35 nəfərədək  artırılmışdır. Təlimlərə “Paşa Bank” ASC-dən, Azərbaycan Dövlət İqtisad Universitetindən, Milli Arxiv İdarəsindən  sahə üzrə peşəkar mütəxəssislər cəlb olunmuş, gənclərə bank və bokt, insan resursları, Vergi Məcəlləsi və iqtisadiyyat barədə mühazirələr oxunmuş,  məsələ ilə bağlı maraqlı diskussiyalar aparılmışdır. Ötən ilin  dekabr və  bu ilin yanvar ayları ərzində icra olunan  layihənin iştirakçılarına müsabiqənin qalibi Həmid-Xan Tahirli tərəfindən  müvafiq  sertifikatlar təqdim edilmişdir. 

 

“Xalq qəzeti”

10 2019 22:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin